3 şirkət ləğv olunaraq KATV-yə birləşir


Azərbaycanda 3 şirkət ləğv olunaraq “AG Telekom” Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN- 1700475461) birləşir.
Yeniavaz.com
 xəbər verir ki, ləğv olunan şirkətlər “İdeal Telekom” MMC, “Vio-Tek” MMC və “Cosmonet” MMC-dir.
Məlumat üçün bildirək ki, “AG Telekom” MMC Azərbaycanın aparıcı kabel televiziyası və internet provayderlərindən biri olan KATV-nin sahibir.  
“AG Telekom” MMC 21.07.2005-ci il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 20 manat olan MMC-nin hüquqi ünvanı Yasamal rayonu, İnşaatçılar pr., ev 81-də yerləşir. MMC-nin qanuni təmsilçisi Qurbanov Samir Telman oğludur.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top