Azərbaycan və İsrail XİN rəhbərləri görüşüb - Fotolar


İsraildə səfərdə olan Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Yerusəlimdə israilli həmkarı Eli Kohenlə görüşür.

Yeniavaz.com xəbər verir ki, bu barədə Azərbaycan XİN-in tviter hesabında məlumat verilib.
Qeyd edilib ki, hazırda tərəflər arasında təkbətək görüş keçirilir.
 “Tarix!
Hazırda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovu qəbul edirəm.
Ölkələr arasında münasibətlərin 30 ilində ilk dəfə olaraq İsrailə Azərbaycan səfiri gələcək və daimi səfirlik açılacaq.
İsrailə xoş gəlmisiniz”, - İsrailin xarici işlər naziri Eli Kohen öz sosial şəbkə hesabında yazıb.
 




DİGƏR XƏBƏRLƏR

Top