Pakistan əsilli müsəlman Hamza Yusif rəsmi olaraq Şotlandiyanın Birinci Naziri (Baş nazir) seçilib.
Yeniavaz.com xarici mediaya istinadla xəbər verir ki, Hamza Yusif rəqibləri Keyt Forbes və Əş Reqanı məğlub edib. Bu gün isə Şotlandiya Parlamentində keçirilən səsvermə nəticəsində o, parlament üzvlərinin əksəriyyəti tərəfindən dəstəkləndikdən sonra rəsmi olaraq Şotlandiyanın yeni birinci naziri olub.