Bəxtiyar Hacıyevin məhkəməsində saxlanılan fəallar azadlıqdadır


Fevralın 21-də həbs edilən “Demokratiya-1918” (D-18) Hərəkatının İdarə heyətinin üzvləri Afiyəddin Məmmədov və Samir Sultanov azadlıqdadır.
Yeniavaz.com
xəbər verir ki, bu barədə jurnalist Fatimə Mövlamlı məlumat yayıb və foto dərc edib.
Qeyd edək ki, fevralın 20-də Bəxtiyar Hacıyevin işinə Bakı Apellyasiya Məhkəməsində baxılıb və o, həbsdə saxlanılıb. Bir qrup ictimai fəal məhkəmənin önündə “Bəxtiyarı öldürmə, azad et!” şüarı ilə aksiya keçiriblər. Bu zaman ictimai fəallar Əli Məlikov, Nemət Abbasov, Afiəddin Məmmədov və Samir Sultanov saxlanılıb.
Saxlanılanlardan “Demokratiya-1918” (D-18) Hərəkatının İdarə heyətinin üzvləri Afiyəddin Məmmədov və Samir Sultanov fevralın 21-də məhkəmə qarşısına çıxarılıb və onlara 30 sutka həbs cəzası verilib.
Gənc fəalların haqqında İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) və 535.1 (polisin qanuni tələbinə tabe olmama) maddələrilə protokol tərtib olunub.

DİGƏR XƏBƏRLƏR

Top