
“İrəvan Bakının təklif etdiyi sülh sazişi layihəsi üzərində işləyir və yaxın vaxtlarda buna cavab vermək niyyətindədir”.
Yeniavaz.com TASS-a istinadla xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan parlamentdəki çıxışı zamanı deyib.
Mirzoyan bəyan edib ki, İrəvan Laçın dəhlizində nəzarət-buraxılış məntəqəsinin yaradılması ilə bağlı Bakı ilə danışıqlar aparmır.