Ermənistan “Azərbaycan əsir götürüb” dediyi hərbçisini tapdı


Martın 21-də avtomobillə döyüş bazasına ərzaq daşıyarkən ərazidə itən Ermənistan Silahlı Qüvvələrinin əsgəri tapılıb.
Yeniavaz.com
News.am-a istinadla xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyindən bildirilib.
 Qeyd olunub ki, M. G. avtomobillə döyüş məntəqəsinə ərzaq daşıyarkən, zəif görünmə və duman şəraitində, ilkin məlumatlara görə, relyefdə itib və avtomobillə Azərbaycanın nəzarətində olan əraziyə keçib.
Bildirilib ki, hərbçinin həyatı üçün təhlükə yoxdur.
Xatırladaq ki, ötən gün – martın 21-də Ermənistan Müdafiə Nazirliyi sözügedən əsgərin Azərbaycan hərbçiləri tərəfindən əsir götürüldüyünü iddia etmiş, Azərbaycan Müdafiə Nazirliyi isə bu iddaları yalanlamışdı.

DİGƏR XƏBƏRLƏR

Top