“Paşa Bank” Əbülfəs Qarayevin kadrını məhkəməyə verdi


Azərbaycanın aparıcı banklarından biri olan “Paşa Bank” ASC Mir-Qasımova Ülviyyə Eldar qızına, Soltanov Seyran Mirzə oğluna, “VÖES” MMC-yə (VÖEN – 1501145861) və şirkətin rəhbəri (qanuni təmsilçi) Xəlilov Rauf Səməd oğluna qarşı məhkəmə iddiası qaldırıb.
Yeniavaz.com
 xəbər verir ki, məhkəmə iddiası Bakı Kommersiya Məhkəməsində hakim Emin Əliyevin icraatına verilib.  
Qeyd edək ki, “Paşa Bank” məhkəmə iddiasını kredit müqaviləsi üzrə mübahisələrlə əlaqəli olaraq qaldırıb.
Məlumat üçün bildirək ki, barəsində iddia qaldırılan şəxslərdən biri - Mir-Qasımova Ülviyyə Eldar qızı “Azərbaycan Konqreslər Bürosu” MMC-nin (VÖEN – 1701539181) rəhbəridir.
“Azərbaycan Konqreslər Bürosu” MMC 07.11.2013-cü ildə Əbülfəs Qarayevin rəhbərlik etdiyi Azərbaycan Mədəniyət və Turizm Nazirliyinin təşəbbüsü ilə yaradılıb və Ü. Mir-Qasımova həmin vaxtdan MMC-yə rəhbərlik edir.
Hazırda Dövlət Turizm Agentliyinə bağlıdır. 2017-18-ci illərdə dövlət büdcəsinə 862 min manat ziyan vurduğu üçün Mir-Qasımova Ülviyyə Eldar qızının rəhbərlik etdiyi bu MMC barəsində cinayət işi açılıb.
“Azərbaycan Konqreslər Bürosu” MMC Bakıda keçirilən “Baku Shopping Festival – Tax Free” adlı tədbirlərin əsas təşkilatçısı olub. Hətta Mir-Qasımova Ülviyyə Eldar qızı gördüyü işlərə görə nazir Əbülfəs Qarayev tərəfindən mükafatlandırılıb. Ülviyyə Mir-Qasımova həmçinin “Bakı-2015” 1-ci Avropa Oyunları Əməliyyat komitəsinin üzvü olub.

A. Cəfərov

DİGƏR XƏBƏRLƏR

Top