Pul həqiqətən də xoşbəxtlik gətirir? - Alimlər araşdırdı


Nobel mükafatlı psixoloq Daniel Kahneman və iqtisadçı Anqus Deatonun da daxil olduğu bir qrup elm adamı pulun xoşbəxtlik gətirib-gətirmədiyini araşdırıb.
Yeniavaz.com
“Bloomberg”ə istinadla xəbər verir ki, alimlər ildə 75 min dollardan çox qazanan insanların xoşbəxt olması ilə bağlı qənaətə gəliblər. Qeyd olunub ki, araşdırmanın nəticəsinə görə xoşbəxtlik səviyyəsi bu rəqəm 500 min dollar çatana qədər artır.
Martın 1-də “Proceedings of the National Academy of Sciences” adlı jurnalda dərc olunan məqalədə qeyd olunur ki, yaxşı gəliriniz varsa və hələ də bədbəxtsinizsə, bədbəxtliyiniz, yəqin ki, pulun düzəldə bilməyəcəyi bir şeydir:
“500 min dollara qədər pul xoşbəxtliyə təsir edir. 500 min dollardan daha çox qazananlarla bağlı əlimizdə heç bir məlumat yoxdur”.
"Pulun ümumi əhval-ruhiyyəyə təsiri həftənin sonunda iki gün istirahət etmək kimi digər amillərlə müqayisədə kiçikdir", - tədqiqatda deyilir.
Qeyd edək ki, oxşar araşdırma 2010-cu ildə də aparılıb.

DİGƏR XƏBƏRLƏR

Top