Yoluxanların sayı açıqlandı


Azərbaycanda koronavirusa 20 yeni yoluxma qeydə alınıb, 24 nəfər müalicə olunaraq sağalıb.
Bu barədə Yeniavaz.com-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.
Məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 4 nəfər vəfat edib.
Ölkədə indiyədək ümumilikdə 828 648 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 818 351 nəfər müalicə olunaraq sağalıb, 10 126 nəfər vəfat edib.
Aktiv xəstə sayı 171 nəfərdir.
Son gün ərzində 827, bu günədək isə 7 530 018 test aparılıb.

Həmçinin son sutkada 248 nəfər vaksinasiya olunub.
Gün ərzində birinci doza vaksinlərin sayı 75, ikinci doza vaksinlərin sayı 45 təşkil edib.
Ölkədə üç və daha çox doza vaksinlərin sayına gəlincə, bu göstərici 113-dür. Pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 15 olub.
Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 949 821 olub.

DİGƏR XƏBƏRLƏR

Top