Əli Nur: “Mədəniyyət Nazirliyi başımızın tacıdır” – Video


Xəbər verdiyimiz kimi, Xalq artisti, şəhid atası olan Əli Nur Ramiz Novruzun vida mərasimində həmkarının dəfninə biganə yanaşıldığını bildirib: “Sovet dövründə dövlət aktyorun qədrini bilirdi. Amma indi elə bil dünya heç bunların vecinə deyil. Arif Quliyev rəhmətə gedəndə, qapının ağzında qalmışdı, asfaltın üstündə. Mən nazirliyi, Mədəniyyət şöbəsini qaldırdım ayağa. Ayıbdır axı. Nə bir nazirlik nümayəndəsi var, nə bir dövlət adamı var. Ramiz Novruz dınq eləyib, yerdən çıxıb?! Ramiz Novruz Xalq artistidir, prezidentin fəxri təqaüdçüsüdür. Məmurlar nə vaxta qədər bu respublikanı caynağına alacaq, dövlətin qanını soracaq?! Sənət adamına qiymət verin də”.
Yeniavaz.com
xəbər verir ki, Əli Nur dəfn mərasimində səsləndirdiyi fikirləri ilə bağlı yeni açıqlama verib.
O bildirib ki, dəfn mərasimində Mədəniyyət Nazirliyinin 4 nümayəndəsi iştirak edib:
“Hətta onlar qəbiristanlığa da getdilər, dəfn mərasimində də iştirak etdilər, axıra qədər qaldılar. Azərbaycan mədəniyyəti böyük diqqət, qayğı ilə Azərbaycan incəsənətinə, onun inkişafına kömək eləyir. Bu təkcə teatra aid deyil. Bu, musiqiyə, rəssamlığa, ədəbiyyata, teatr sənətinə aiddir. Bunları Azərbaycan Mədəniyyət Nazirliyi bizim həmişə... necə deyərlər, bayaq mən dediyim kimi, o, bizim başımızın tacıdır. İnsanları işığa aparan, sivilizasiyaya aparan elə mədəniyyətdir də. Bu mədəniyyətin də başında duran bugünkü gündə bizim cənab nazir çox diqqətli, çox qayğıkeş, biz onun qayğısını... Dekabrın 23-də o təyin edildi, yanvarın 10-da mənimlə təxminən 15-20 dəqiqə ev telefonu ilə danışdı. Məni təbrik elədi, mən də ona minnətdarlığımı bildirdim. Son sözüm də bu oldu ki, Azərbaycan teatrı dövlətimizin səsidir, simasıdır, onun bütün proqramını yerinə yetirən bir tribunadır, ocaqdır”.

DİGƏR XƏBƏRLƏR

Top