
Gürcüstanda üç zəlzələ qeydə alınıb.
Yeniavaz.com Sputnik-ə istinadən xəbər verir ki, bu barədə Milli Seysmik Monitorinq Mərkəzi məlumat yayıb.
İlk zəlzələ Tbilisi vaxtı ilə saat 05:18-də Ozurqeti şəhərindən iki kilometr aralıda qeydə alınıb. Onun gücü 3,6 bal olub.
İkinci təkan saat 06:27-də Qomis Mta kurortundan 4 km, Ozurqetidən 14 km aralıda qeydə alınıb. Zəlzələnin gücü 3 bal olub.
Üçüncü zəlzələnin episentri Çoxatauri rayonunun Buknari kəndində olub. Zəlzələnin gücü 3,1 bal olub. Zəlzələnin ocağı hər üç halda 10 km dərinlikdə yerləşib.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.