Sosial media fenomeninin də dağıntılar altından cəsədi tapıldı


Hatayda baş verən zəlzələ nəticəsində dağıntılar altında qalan sosial media fenomeni Taha Duymaz və bacısının cansız bədəni tapılıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə onun dostu Ragib Narin sosial şəbəkə hesabında paylaşım edib.
Məlumata görə, 12 gün dağıntılar altında qalan Taha Duymaz və bacısının cəsədi dağıntılar altından çıxarılıb.
Qeyd edək ki, aşpaz olmaq arzusunda olduğunu deyən Taha Duymaz yutuba yerləşdirdiyi və evinin mətbəxində çəkdiyi yemək videoları ilə minlərlə insan tərəfindən tanınıb.

DİGƏR XƏBƏRLƏR

Top