
Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) keçmiş sədri, Antalya millət vəkili Dəniz Baykal dünyasını dəyişib.
Yeniavaz.com xəbər verir ki, bu barədə CHP sədri Kemal Kılıçdaroğlu tvitterdə paylaşım edib.
“Rəhbərimiz, Türkiyə və Cümhuriyyət Xalq Partiyasının sevimlisi, Antalya millət vəkilimiz, dəyərli ağsaqqalımız Dəniz Baykalın vəfatını böyük kədər hissi ilə öyrəndim. O, bizə mübarizələrlə dolu bir həyat hekayəsi qoyub getdi. Millətimizin başı sağ olsun”, - paylaşımda bildirilib.
Genel Başkanımız, Türkiye ve Cumhuriyet Halk Partimizin sevdalısı, Antalya milletvekilimiz, kıymetli büyüğümüz Sayın Deniz Baykal’ın vefatını büyük bir üzüntü ile öğrendim. Bize mücadelelerle dolu bir hayat öyküsünü miras bıraktı. Milletimizin başı sağ olsun.
— Kemal Kılıçdaroğlu (@kilicdarogluk) February 11, 2023