Çin bütün beş qitədə kəşfiyyat balonlarından istifadə edir.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karine Jan-Pyer məlumat verib.
“Son bir neçə il ərzində beş qitədəki ölkələrin üzərində Çin şarları müşahidə edilib və biz bu məsələdə müttəfiqlər və tərəfdaşlarla əlaqə saxlayırıq. Prezident açıq şəkildə bildirdi ki, bizim Çinə yanaşmamız strateji rəqabətin tənzimlənməsidir. Biz eskalasiyaya can atmırıq. Biz rəqabətə can atırıq”, - deyə o, brifinqdə bildirib.
Xatırladaq ki, ABŞ səmasında Çinə aid hava aşkarlanmışdı. Çin şarın təsadüfən uçduğunu desə də ABŞ cisim vasitəsilə kəşfiyyat məlumatları toplandığını bildirmişdi.