FHN-in daha 229 nəfər şəxsi heyəti Kahramanmaraşa çatdı


Azərbaycandan göndərilən Fövqəladə Hallar Nazirliyinin daha 229 nəfər şəxsi heyəti Kahranmaraşa çatıb.

Yeniavaz.com APA-ya istinadla xəbər verir ki, heyət hazırda AFAD-ın Təhsil Mərkəzində yerləşən kampa giriş edib.

Onlar yaxın saatlarda şəhər ərazisində yerləşən axtarış-xilasetmə işlərinə cəlb ediləcək.
Bununla Bakıdan çıxan 7-ci təyyarə ilə gələn şəxsi heyət özləri ilə xilasetmə avadanlıqları və təminat vasitələri gətirib.

Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırığına əsasən, Fövqəladə Hallar Nazirliyinin ümumilikdə 725 nəfər şəxsi heyəti qardaş Türkiyəyə gələrək zəlzələnin nəticələrinin aradan qaldırılmasl ilə bağlı axtarış -xilasetmə işlərinə cəlb edilib.

DİGƏR XƏBƏRLƏR

Top