FHN Türkiyədəki əməliyyatlardan görüntülər yayımladı - Video + Yenilənib


Azərbaycan Fövqəladə Hallar Nazirliyi Türkiyədəki əməliyyatdan görüntülər yayıb.
Yeniavaz.com həmin görüntüləri təqdim edir:

***16:56
FHN-in xilasediciləri qardaş ölkədə zəlzələdən ciddi zərər görmüş Kahramanmaraş rayonu ərazisində həyata keçirdikləri axtarış-xilasetmə əməliyyatları nəticəsində dağıntılar altından 3 nəfəri sağ, 10 nəfərin isə cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Bildirilib ki, əməliyyatların gedişi barədə əlavə məlumat veriləcək.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri qardaş ölkədədir.




DİGƏR XƏBƏRLƏR

Top