ADA Universiteti daha 2 tədris binası inşa edir - 9,3 milyon ayrıldı


ADA Universiteti tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.
Yeniavaz.com
 xəbər verir ki, tenderin qalibi “Ricon” MMC (VÖEN – 1900014631) olub.
Tender müsabiqəsinin şərtlərinə görə, “Ricon” MMC ADA Universitetinin ərazisində "Cənub Kampusu" layihəsi çərçivəsində yeni tədris binalarının (F və G binaları) ümumtikinti işlərini həyata keçirəcək və qarşılığında 9 milyon 342 min 558 manat 59 qəpik alacaq.
Məlumat üçün bildirək ki, qalib şirkətin hüquqi ünvanı Nərimanov rayonu, Əliyar Əliyev 45, m. 91-də yerləşir. Nizamnamə kapitalı 20 manat olan “Ricon”  MMC 29.12.2003-cü il tarixində dövlət qeydiyyatına alınıb. MMC-nin qanuni təmsilçisi İsmayılov Rəşad Rəhim oğludur.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top