Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,4 bal gücündə zəlzələ baş verib.
Yeniavaz.com “Anadolu” agentliyinə istinadla xəbər verir ki, zəlzələ Hatay, Adana, Qaziantep, Malatya, Kilis, Adıyaman, Diyarbəkir, Şanlıurfa və Osmaniye vilayətlərində də hiss olunub.
Şanlıurfa valisi zəlzələdən sonra əyalətdə 17 nəfərin həyatını itirdiyini, 67 nəfərin yaralandığını, 16 binanın dağıldığını bildirib.
Osmaniye valisi isə 34 binanın dağıldığını, ilk təsbitlərə görə 5 itki olduğunu açıqlayıb.
Diyarbəkirdə ilk araşdırmalara görə, 6 bina dağılıb, 6 nəfər ölüb, 79 yaralı var.
Malatya valisi Hulusi Şahin bildirib ki, vilayətdə baş verən zəlzələdə ilkin araşdırmlara görə 23 nəfər həyatını itirib, 420 nəfər yaralanıb, 140 bina dağılıb.
Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyindən (AFAD) verilən məlumata görə, Pazarcıkdakı zəlzələnin ardınca 6,4 və 6,5 bal gücündə iki silkələnmə daha baş verib.
Zəlzələ Türkiyə vaxtı ilə 04:17-də (Bakı vaxtı ilə 05:17) qeydə alınıb, dərinliyi 7 kilometr olub.
7,4 bal gücündəki zəlzələnin Misir, Livan, Suriya və İraqda da güclü hiss olunduğu bildirilir.