“Biz Ermənistanın fürsətdən yararlanmasını istəyirik” - Hulusi Akar


“Ermənistan İlham Əliyevin və prezidentimizin ona uzatdığı sülh əlini sıxmalıdır”.
Yeniavaz.com
xəbər verir ki, bunu Türkiyənin müdafiə naziri Hulusi Akar “Milliyet” qəzetinə müsahibəsində deyib.
“Xarici qüvvələrin təsiri altında xəyalların qucağına düşdülər, amma bu, məntiqli yanaşma deyil. Biz Ermənistanın fürsətdən yararlanmasını istəyirik”, - deyə Hulusi Akar bildirib.
Nazir qeyd edib ki, Zəngəzur dəhlizi və ondan keçən dəmir və avtomobil yolları regionun iqtisadi, sosial həyatı və təhlükəsizliyi baxımından çox dəyərlidir.
O, həmçinin əlavə edib ki, Azərbaycanla bir yumruq, bir ürək olmaqda davam edirlər.
 

DİGƏR XƏBƏRLƏR

Top