Ötən gün saxlanılan fotoqraf həbs edildi


Tanınmış fotoqraf Vəli Şükürova 30 sutka həbs cəzası verilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə jurnalist İlkin Muradov məlumat yayıb.
O bildirirb ki, fotoqraf xuliqanlıqda ittiham olunub.
“Xuliqanlığı ona yapışdırmaq istəyənlər utanmalıdır. Məmurların maşın nömrələrini mətbuata çıxarmaq cinayət deyil!”, - deyə İ. Muradov bildirib.
Qeyd edək ki, V. Şükürov İnzibati Xətalar Məcəlləsinin 510 (Xırda xuliqanlıq) və 535.1-ci (Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə) maddələri ilə 30 sutka inzibati qaydada həbs edilib.
Xatırladaq ki, bir gün əvvəl V. Şükürovon Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılması barədə məlumat yayılmışdı.
Daxili İşlər Nazirliyindən fotoqrafın saxlanıldığı təsdiqlənsə də, saxlanılma səbəbi açıqlanmamışdı.

DİGƏR XƏBƏRLƏR

Top