Yoluxanların sayı açıqlandı


Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 39 yeni yoluxma faktı qeydə alınıb, 44 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Yeniavaz.com-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 2 nəfəri vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 827 983 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 817 698 nəfər müalicə olunaraq sağalıb, 10 087 nəfər vəfat edib, aktiv xəstə sayı 198 nəfərdir.
Ölkədə son sutka ərzində 1 849, hazırkı dövrədək isə 7 489 399 test aparılıb.

Həmçinin son sutkada koronavirus əleyhinə 281 vaksin vurulub.
Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 88, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 93, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 81, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 19 nəfərdir.
Vurulan vaksinlərin ümumi sayı 13 942 856, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 402 406, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 877 112, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 398 057, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 265 281 nəfər təşkil edir.

DİGƏR XƏBƏRLƏR

Top