Çevik Polis Alayına komandir təyin edildi


Daxili İşlər Nazirliyinin Əlahiddə Çevik Polis Alayına (ÇPA) komandir təyin edilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, bu vəzifəyə polis polkovniki Ramil Piriyev təyinat alıb.
DİN-in mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev məlumatı Yeniavaz.com-a təsdiqləyib.
Qeyd edək ki, Əlahiddə Çevik Polis Alayının sabiq komandiri, polis general-mayoru Səhlab Bağırov bir neçə gün əvvəl vəzifəsindən azad edilib. O, DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinin nəzdində yerləşən mərkəzə rəhbər təyin olunub.

DİGƏR XƏBƏRLƏR

Top