Nazir İnterpolun Bakı mərkəzinə yeni rəis təyin etdi


Azərbaycanda İnterpolun Milli Mərkəzi Bürosuna yeni rəis təyin olunub.

Yeniavaz.com xəbər verir ki, daxili işlər naziri Vilayət Eyvazovun əmri ilə sözügedən vəzifəyə polis polkovniki Zamin Həsənov gətirilib.

Məlumatı DİN Mətbuat Xidmətinin şöbə rəisi Elşad Hacıyev saytımıza təsdiqləyib.

DİGƏR XƏBƏRLƏR

Top