ANAMA sədrinə birinci müavin təyin olunub


Prezident İlham Əliyevin 2023-cü il 28 yanvar tarixli müvafiq Sərəncamı ilə Bəhruz Əmir oğlu Məmmədov Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin İdarə Heyəti sədrinin birinci müavini vəzifəsinə təyin edilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ANAMA məlumat yayıb.
Bildirilib ki, bu gün B.Məmmədov kollektivə təqdim olunub.
Bəhruz Məmmədovu kollektivə Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanov təqdim edib.
Məlumat üçün qeyd edək ki, Bəhruz Məmmədov müvafiq təyinatadək Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Təhlükəsizlik, müdafiə və səfərbərlik şöbəsi müdirinin müavini vəzifəsində çalışıb.

DİGƏR XƏBƏRLƏR

Top