"İsveç, narahat olma, sənin NATO-ya daxil olmağına “hə” deməyəcəyik"


“İsveç, narahat olma. Nə qədər ki, mənim müqəddəs kitabım olan Qurani-Kərimin yandırılmasına, cırılmasına icazə verəcəksən, biz sənin NATO-ya daxil olmağına “hə” deməyəcəyik”.
Yeniavaz.com
xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan partiyasının iclasında deyib.
O bildirib ki, Türkiyənin eyni məsələ ilə bağlı Finlandiyaya qarşı münasibəti müsbətdir, lakin İsveçə qarşı yox.
Qeyd edək ki, yanvarın 21-də ifrat sağçı Danimarka-İsveç siyasətçisi Rasmus Paludan Stokholmdakı Türkiyə səfirliyi qarşısında müsəlmanların müqəddəs kitabı Quranı yandırıb. Paludanın bu hərəkəti zamanı İsveç polisi təhlükəsizlik tədbirləri görsə də, ona müdaxilə etməyib.

DİGƏR XƏBƏRLƏR

Top