Saakaşvilinin xəstəxanadan görüntüləri... – Video


Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvilinin cəzasının təxirə salınması və ya cəzadan azad edilməsi ilə bağlı məhkəmə iclası keçirilib.
Yeniavaz.com
xəbər verir ki, siyasətçi müalicə aldığı Vivamed klinikasından videobağlantı vasitəsilə qoşulub.
Görüş zamanı Saakaşvili səhhətinin son dərəcə ağır olduğunu bildirib. Bir anda o, nə qədər arıqladığını nümayiş etdirmək üçün köynəyini yuxarı çəkib.
“Bütün biliyimi Gürcüstana vermişəm. İndi sağlamlığımı vermişəm və tək xahişim budur ki, mənə adekvat müalicə almaq imkanı versinlər. Lazım olsa, canımı verərəm. Vəziyyətim kəskin şəkildə pisləşib”, - deyə eks-prezident bildirib.
İclas zalında Saakaşvilinin ailə üzvləri və tərəfdarları iştirak edib. Məhkəməyə müxalif Vahid Milli Hərəkatın yeni sədri Levan Xabeişvili də gəlib.
Bugünkü iclasda müdafiə tərəfinin şahidləri dindirilib.
Qeyd edək ki, M.Saakaşvilinin sosial şəbəkə hesabında onun məhkəmədən olan fotoları paylaşılıb.







DİGƏR XƏBƏRLƏR

Top