Gedişhaqqının artması minimum maaşı 14% əritdi


İctimai nəqliyyatda gedişhaqlarının 33%-lik artımı tək bu xidmətə münasibətdə minimum maaşın alıcılıq qabiliyyətini 14% əritdi.
Yeniavaz.com
xəbər verir ki, bu sözləri iqtisadçı-ekspert Rövşən Ağayev sosial şəbəkə hesabında yazıb.
“Əvvəlki minimum maaş və gedişhaqqı ilə ictimai nəqliyyatdan 1000 dəfə istifadə edə bilirdik. İndi bu rəqəm 862-yə düşüb”, - deyə o qeyd edib.
Xatırladaq ki, bu gün Tarif (qiymət) Şurasının 31 yanvar 2023-cü il tarixində keçirilən növbəti iclasında metro və avtobusların gedişhaqları artırılıb.
 

DİGƏR XƏBƏRLƏR

Top