Yoluxanların sayı açıqlandı


Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 35 yeni yoluxma faktı qeydə alınıb, 54 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Yeniavaz.com-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 4 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 827 944 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 817 654 nəfər müalicə olunaraq sağalıb, hazırda 205 aktiv xəstə var. Bu günə qədər 10 085 nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 256, bu günə qədər isə ümumilikdə 7 487 550 test icra olunub.

Son sutkada, həmçinin 444 nəfər vaksinasiya olunub.

Operativ Qərargahdan bildirilib ki, gün ərzində birinci doza vaksinlərin sayı 150, ikinci doza vaksinlərin sayı 121 təşkil edib.

Ölkədə üç və daha çox doza vaksinlərin sayına gəlincə, bu göstərici 144-dir. Pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 29 olub.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 942 575 olub.

DİGƏR XƏBƏRLƏR

Top