Mingəçevirdə sakinlər uzun illərdir yarımçıq tikilidə yaşayırlar... - Video


Bir vaxtlar Mingəçevirdə fəaliyyət göstərən müxtəlif müəssisələrin işçiləri üçün nəzərdə tutulan binaların tikintisi yarımçıq qalıb. Hətta həmin evlərin orderləri də mənzil sahiblərinə paylanılıb. 1993-cü ildən isə həmin binaların tikintisi yarımçıq qalıb.
Yeniavaz.com
xəbər verir ki, indi istismar müddətini başa vurmuş bu yarımçıq tikililər sakinlər üçün həm problem yaradır, həm də şəhərin görkəmini eybəcər hala salır.
Bu günlərdə yarımçıq tikililərdə yaşayan bir neçə ailə Yeniavaz.com-a problemləri ilə bağlı müraciət ediblər.
Yaşar Muradov 60 ünvanında yaşayan sakinlər deyir ki, öz hesablarına yarımçıq tikilini bərpa edib yaşayırlar.
Sakinlər uzun illər bu problemlə bağlı aidiyyəti qurumlara müraciət etdiklərini və heç bir nəticə olmadığını da bildirdilər. Onların sözlərinə görə, hazırda bu binaların bir çoxu Əmlak Komitəsi tərəfindən alınıb. Onlar da yarımçıq tikililəri istəyən sahibkarlara yüksək qiymət təklif etdiklərinə görə heç bir sahibkar yaxın durmur. Bunun da əziyyətini sakinlər çəkir.
Mingəçevir sakini, ictimai fəal, əmək təqaüdçüsü Fikrət Həsənovun sözlərinə görə, bu tip binaların dəqiq uçotu aparılmalı, kateqoriyalar müəyyənləşməli, sənədlər yoxlanmalı, müvafiq qərarlar qəbul olunmalıdır:
“Binalara orderlər verilib, sahiblərindən isə hələ də digər ünvanlarda, kirayədə yaşayanlar var. Onların imkanı yoxdur ki, yenidən ev alsınlar. Sanki bu binalara sahib çıxan yoxdur. Yəqin ki, yenə də sakinlər təşviş içərisində yaşayacaqlar”.
Daha ətraflı:





Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top