ABŞ-da polis hər il yüzlərlə insan öldürür – Son 8 ilin dəhşətli statistikası


ABŞ-ın nüfuzlu “The Washington Post” nəşri 2022-ci ildə ABŞ-da polis tərəfindən 1 096 nəfərin güllələnərək öldürüldüyünü açıqlayıb.
Yeniavaz.com
xəbər verir ki, bu son 8 ildə qeydə alınan ən yüksək göstərici olub.
Nəşr yazır ki, 2015-ci ilə kimi ABŞ-da polis tərəfindən öldürülən vətəndaşlar barəsində məlumatların vahid statistikası aparılmayıb. Mərkəzləşdirilmiş statistika yalnız 2015-ci ildən sonra açıqlanmağa başlayıb.
Buna səbəb kimi 2014-cü ildə ABŞ-da silahsız qaradərili vətəndaş Maykl Braunun polis tərəfindən öldürülməsi olub.
Açıqlanan məlumatlar göstərir ki, ABŞ-da hər il orta hesabla 1000 nəfər polis tərəfindən öldürülür.
Son 8 ildə polis tərəfindən öldürülənlərin sayı aşağıdakı kimi olub:
2015-ci il – 994 nəfər
2016-cı il – 958 nəfər
2017-ci il – 983 nəfər
2018-ci il – 992 nəfər
2019-cu il – 997 nəfər
2020-ci il – 1 019 nəfər
2021-ci il – 1 048 nəfər
2022-ci il – 1 096 nəfər
2023-cü il (ilk 20 gündə) – 79 nəfər

2022-ci ildə polis tərəfindən öldürülənlərin üçdə birindən çoxunun irqi məlum olmasa da, ölənlərin 389-u ağdərili, 224-ü isə qaradərili olub. Bu, irqi məlum olanların müvafiq olaraq 52 və 30 faizinə bərabərdir.
Bildirilir ki, ABŞ əhalisinin yalnız 14 faizə yaxını qaradərili hesab olunur və bu baxımdan öldürülənlər arasında qaradərililərin payı yüksəkdir.
Polis tərəfindən güllələnərək öldürülənlərin təxminən 58 faizinin üzərində silah olub. Öldürülən 180 nəfərin üzərində silah olmayıb. 17 nəfərin isə üzərindən oyuncaq silah çıxıb.
Ötən il polis tərəfindən öldürülən 1096 nəfərdən 138-nin ruhi xəstə olduğu məlum olub.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top