
Bu gün İranda daha bir zəlzələ olub.
Yeniavaz.com xəbər verir ki, zəlzələ Naxçıvan və Ermənistanda da hiss olunub.
Bildirilir ki, zəlzələnin episentri İranın Xoy şəhərindən 22 km cənubda, 10 km dərinlikdə, 5 bal gücündə olub.
Xatırladaq ki, yanvarın 28-də İranın Xoy şəhərindən 34 km cənub-şərqdə, maqnitudası 5,9, dərinliyi 10 km olan zəlzələ qeydə alınıb. Zəlzələ nəticəsində 3 nəfər ölüb.