Terrorçunun binada olan ailə üzvlərini hədəf alacağı istisna deyildi - Prezident


Səfirliyin digər mühafizə əməkdaşı əliyalın şəkildə terrorçunun üzərinə atılıb, qorxmaz və çevik hərəkətləri ilə onu tərk-silah edib.

Yeniavaz.com xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev İsrail dövlət başçısı ilə telefon danışığı zamanı bildirib. Azərbaycan Prezidenti avtomat silah və çoxlu sayda güllə daraqları ilə silahlanmış terrorçunun tərk-silah olunmadığı təqdirdə, səfirliyin digər əməkdaşlarını və onların səfirliyin binasının mənzillər bölməsində yaşayan ailə üzvlərini də hədəfə alacağının istisna edilmədiyini diqqətə çatdırıb.

DİGƏR XƏBƏRLƏR

Top