NATO Azərbaycan səfirliyinə hücumu pislədi


NATO Azərbaycanın İrandakı səfirliyinə edilən silahlı hücumu pisləyib.

Yeniavaz.com xəbər verir ki, bu barədə NATO Baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina tvitterdə yazıb.

“NATO dünən Azərbaycanın İrandakı səfirliyinə bir səfirlik əməkdaşının ölümü və ikisinin yaralanması ilə nəticələnən hücumu pisləyir. Diplomatik nümayəndəliklərə qarşı zorakılıq hərəkətləri qəbuledilməzdir. Həlak olanların ailəsinə və Azərbaycan XİN-ə başsağlığı veririk”, - deyə o bildirilib.

DİGƏR XƏBƏRLƏR

Top