İtaliyada ilk dəfə canlı donordan insana ağciyər köçürüldü


İtaliyada canlı donordan xəstəyə ağciyərin bir hissəsinin köçürülməsi üzrə ölkədə ilk əməliyyat uğurla həyata keçirilib. 
Yeniavaz.com
xəbər verir ki, bu barədə “la Repubblica” məlumat yayıb. “Ağciyərin bir hissəsi artıq atasından sümük iliyi almış nadir qan xəstəliyindən əziyyət çəkən beş yaşlı uşağa verilib. 11 saat davam edən əməliyyat yanvarın 17-də Berqamodakı Papa Giovanni XXIII xəstəxanasında aparılıb.
Tibbi müdaxilə nəticəsində uşaq dəstək olmadan nəfəs ala bilsə də, həkimlər bir müddət xəstənin vəziyyətini nəzarətdə saxlamaq niyyətindədirlər.
Qəzetin yazdığına görə, belə bir əməliyyat çox nadir hadisədir və İtaliyada canlı donordan orqan transplantasiyası unikal haldır.

DİGƏR XƏBƏRLƏR

Top