Azərbaycanda sabiq nazir dünyasını dəyişdi


Azərbaycan Respublikasının keçmiş iqtisadiyyat naziri, Hesablama Palatasının ilk sədri Namiq Nəsrullayev dünyasını dəyişib.
Yeniavaz.com
“Baku.ws”ə istinadla xəbər verir ki, o, 78 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, N. Nəsrullayev 1945-ci ildə Bakı şəhərində anadan olub.
O, 1995-ci ildə Azərbaycan iqtisadiyyat nazirinin birinci müavini təyin edilib.
1996-cı ildə Azərbaycan Respublikasının İqtisadiyyat naziri təyin edilib və 2001-ci ilin aprel ayına qədər bu vəzifədə çalışıb.
2001-ci ildə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən Hesablama Palatasının sədri vəzifəsinə təyin edilib, 2007-ci ilin aprel ayında səhhəti ilə əlaqədar öz xahişi ilə həmin vəzifədən azad edilib.

DİGƏR XƏBƏRLƏR

Top