Günay Məmmədzadə yeni ilin ilk yarışında qızıl medal qazandı - Foto


Azərbaycan şahmatçısı Günay Məmmədzadə Çinin Sian şəhərində keçirilən “The Belt and Road 2023 to World Chess Woman’s Summit” beynəlxalq turnirinin qalibi olub.

Yeniavaz.com Azərbaycan Şahmat Federasiyasından verilən məlumata istinadən xəbər verir ki, 11 turdan sonra 8,5 xal toplayan Günay Məmmədzadə yeni ildə iştirak etdiyi ilk turnirdə qızıl medala layiq görülüb.

Eyni xala malik Bibisara Assaubayeva (Qazaxıstan) əlavə göstəricilərə görə yarışı ikinci pillədə başa vurub.

Qeyd edək ki, turnirdə yeddi ölkədən 12 şahmatçı iştirak edib.

 

DİGƏR XƏBƏRLƏR

Top