NASA-nın 38 yaşlı peyki Yerə enir


NASA-nın 2,5 ton ağırlığında olan 38 illik peyki sabah yer üzünə enəcək.
Yeniavaz.com
xarici KİV-ə istinadla xəbər verir ki, peykin böyük hissəsinin atmosferin girişində yanacağı, lakin bəzi hissələrinin yerə düşə biləcəyi bildirilir.

Kosmik agentlik baş verə biləcək dağıntılar səbəbindən hər hansı bir insanın xəsarət alma ehtimalının az olduğunu açıqlayıb.

ABŞ Müdafiə Nazirliyi də peykin bazar günü qəzaya uğrayacağını gözlədiklərini bildirib.

Xatırladaq ki, peyki 5 oktyabr 1984-cü ildə Challenger kosmik gəmisi ilə kosmosa buraxılıb.
 

DİGƏR XƏBƏRLƏR

Top