
ABŞ Dövlət Departamenti Türkiyənin adının yazılışının dəyişdirilməsinə razılıq verib.
Yeniavaz.com xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.
Bildirilib ki, yeni rəsmi sənədlərdə ölkənin adı “Turkey” yerinə “Turkiye” kimi göstəriləcək, tələffüz isə dəyişməyəcək.
Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 2021-ci ilin dekabrında ölkənin adının beynəlxalq aləmdə dəyişdirilməsi barədə qərar qəbul etmişdi.
2022-ci ilin iyununda Birləşmiş Millətlər Təşkilatı (BMT) Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun ölkənin adının xarici dillərdə dəyişdirilməsi ilə bağlı müraciətini təsdiqləyib.