FHN Qobustandakı qəzadan kadrlar yaydı - Video + Yenilənib


Fövqəladə Hallar Nazirliyi (FHN) Bakının Qaradağ rayonunun Qobustan qəsəbəsində  yanacaqdaşıyan avtomobildə baş verən yanğınla bağlı məlumat yayıb.
FHN-in Mətbuat Xidmətindən Yeniavaz.com-a daxil olan məlumatda deyilir: 
"Bu gün səhər saatlarında Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsində avtoqəza nəticəsində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən söndürülüb. 
Yanğın həcmi 20 ton olan “Mercedes” markalı yanacaqdaşıyan yük avtomobili, kəsmə daşla dolu “KamAZ” markalı yük avtomobili və “Opel” markalı minik avtomobilinin zəncirvari toqquşması nəticəsində qeydə alınıb. Yanğın nəticəsində yanacaqdaşıyan və minik avtomobillərinin yanar hissələri, yanacaqdaşıyan avtomobildəki çənin içərisində olan və ətrafa dağılan yanacaq yanıb. Hadisə nəticəsində Mercedes” markalı yük avtomobilinin sürücüsü həlak olub. 
“KamAZ” markalı yük avtomobili və yolətrafı kommunikasiya xətləri yanğından mühafizə olunub. 
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır".

 

***10:20
Bu gün Bakı-Qazax yolunun 55-ci kilometrliyində (Qobustan qəsəbəsi ərazisi) meydana gələn yol-nəqliyyat hadisəsi nəticəsində baş vermiş yanğın tam olaraq söndürülüb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Dövlət Yol Polisi məlumat yayıb.
Bildirilib ki, hərəkətin nizamlanması DYP əməkdaşları tərəfindən tənzimlənir. Qəzada "Opel" markalı 99-BH-926 dövlət qeydiyyat nişanlı, "Mercedes" markalı 99-ZD-593 dövlət qeydiyyat nişanlı və "Kamaz" markalı 42-CB-514 dövlət qeydiyyat nişanlı avtomobillər toqquşub. Qəza nəticəsində "Mercedes" markalı 99-ZD-593 dövlət qeydiyyat nişanlı yanacaq daşıyan avtomobilin sürücüsü həyatını itirmişdir.
Faktla bağlı araşdırma aparılır.

 

DİGƏR XƏBƏRLƏR

Top