
Xalq şairi Ramiz Rövşən Sabunçu rayonunun Savalan qəsəbəsindəki 28 saylı tam orta məktəbin şagird və müəllim kollektivilə keçirdiyi görüşdə ilk şeirinin necə yazılması haqqında danışıb.
Yeniavaz.com Oxu.az-a istinadən xəbər verir ki, Xalq şairi ilk şeirinin ibtidai sinifdə oxuduğu zaman yazıldığını deyib.
“Bülbülədə 79 nömrəli məktəbdə oxumuşam. Bu, Nardaran orta məktəbi idi. İbtidai sinifdə Raziyə müəllimə Ana dili dərsində bizə on isim verib “hər ismə cümlə yazın” dedi. Mən cümlələri yazanda qafiyələndi. Raziyə müəllimə mənim cavabıma nəzər salıb “bu şeirdir” söylədi. O, şeiri çap olunmağa göndərdi. Bundan sonra mənim çoxlu şeirlərim çap olundu”, - deyə Ramiz Rövşən bildirib.