Məhkəmə Bəxtiyar Hacıyevi həbsdə saxladı


Bakı Apellyasiya Məhkəməsi Xətai rayon məhkəməsinin ictimai-siyasi fəal Bəxtiyar Hacıyevin ev dustaqlığına buraxılmaması ilə bağlı qərarını qüvvədə saxlayıb.
Yeniavaz.com
Meydan TV-yə istinadən xəbər verir ki, bu barədə onun vəkili Aqil Layıc bildirib.
“Səhhətində olan problemlərlə bağlı, həm də həbsdə qalmasına zərurətin olmamasını əsas gətirərək ev dustaqlığına buraxılması ilə bağlı vəsatət vermişdik. Xətai rayon məhkəməsi təmin etməmişdi, Apelyasiya Məhkəməsi də təmin etmədi”, - vəkil deyib.
A.Layıcın sözlərinə görə B.Hacıyev də məhkəmədə iştirak edib:
“Özü iştirak edirdi. Aclığın onuncu günündədir. Artıq onun üçün kritik dönəmdir. Biz onun Dövlət Təhlükəsizliyi Xidmətinin hospitalına köçürülməsi üçün aidiyyəti qurumlara müraciət etmişik və cavab gözləyirik. Hesab edirəm ki, o, hər hansısa bir şəkildə azadlığına qovuşmalıdır”.

DİGƏR XƏBƏRLƏR

Top