Gülnarə Rəhimova mülki geyimli şəxslər tərəfindən saxlanıldı - Fotolar + Yenilənib


Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Gülnarə Rəhimova saxlanılıb.
Yeniavaz.com
xəbər verir ki, o, özünün sosial şəbəkə hesabında canlı yayım edərkən mülki geyimli şəxslər tərəfindən saxlanılıb.
G. Rəhimova övladını məktəbə apardıqdan sonra yolda saxlanılıb.
O saxlanılan ana kimi mülki geyimli şəxslər tərəfindən izlənildiyini bildirib.
Məsələ ilə bağlı müvafiq sorğumuza Daxili İşlər Nazirliyi tərəfindən cavab verilmədi.
Həmin şəxslərin fotolarını təqdim edirik:




***10:42
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Gülnarə Rəhimova bu gün səhər Xəzər rayonunda yaşadığı evin qapısının polis əməkdaşları tərəfindən döyüldüyünü və onu aidiyyəti polis bölməsinə aparmaq istədiklərini bildirib.
Yeniavaz.com
xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında evinin pəncərəsindən açdığı canlı yayımda bildirib və sözügedən polis əməkdaşlarını lentə alıb.
G. Rəhimova bildirib ki, ona hansı səbəbdən saxlanıldığı deyilmir:
“Xəzər rayonu 3-cü Polis bölməsinin rəisi Rahid Nağıyevin göstərişi ilə gəliblər”.
G. Rəhimova bildirib ki, onu bu gün saat 15:00-da Fəvvarələr meydanında ictimai fəal Bəxtiyar Hacıyevin sərbəst buraxılması tələbi ilə keçiriləcək aksiyada iştirak etməməsi üçün saxlamaq istəyirlər.
Onun çəkdiyi kadrlarda polis əməkdaşlarının “Toyota” markalı, 99 RG 791 qeydiyyat nişanlı mülki avtomobildə gəldiyi müşahidə olunur.
G. Rəhimova bildirib ki, həmçinin 99 OC 236 qeydiyyat nişanlı ağ “NİVA”dakı mülki geyimli şəxslər də onu saxlamağa gələnlər arasında olub.
O qeyd edib ki, daha əvvəl – 21 noyabrda da eyni halla üzləşib və onu evinin qarşısında saxlayıblar.
 


DİGƏR XƏBƏRLƏR

Top