Bakı-Naxçıvan təyyarəsi geri qayıtmalı olub


Əlverişsiz hava şəraiti (güclü duman) səbəbindən “Azərbaycan Hava Yolları”nın J2-251 nömrəli Bakı-Naxçıvan reysini yerinə yetirən hava gəmisinin kapitanı hava limanına qayıtmaq qərarına gəlib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, təyyarə saat 09:18-də Heydər Əliyev Beynəlxalq Aeroportunda eniş edib.
Qeyd edilib ki, hava şəraiti yaxşılaşdıqdan sonra sözügedən reysin sərnişinləri Naxçıvana yola düşəcəklər.

DİGƏR XƏBƏRLƏR

Top