
Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin Mingəçevir taborunun şəxsi heyəti peşə bayramlarını qeyd ediblər.
Yeniavaz.com xəbər verir ki, peşə bayramları münasibəti ilə FHN-in XRXX-nin Mingəçevir taborunun şəxsi heyəti əvvəlcə ulu öndərin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.
Daha sonra FHN əməkdaşları Heydər Əliyev mərkəzinə ekskursiya təşkil ediblər.
FHN-nin əməkdaşları daha sonra Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edib, ruhlarına dualar oxunub, onların məzarlarına gül dəstələri qoyublar.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev 16 dekabr 2005-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin yaradılması haqqında Sərəncam imzalayıb. Dövlət başçısının 2006-cı il 8 dekabr tarixli Sərəncamına əsasən isə hər il dekabrın 16-sı ölkəmizdə FHN işçilərinin peşə bayramı günü kimi qeyd edilir.
Esmira Hidayətova, Mingəçevir