İpoteka krediti götürmək istəyənlərin nəzərinə - Qayda dəyişdi


Nazirlər Kabineti 16 noyabr 2016-cı il tarixli qərarı ilə təsdiq edilmiş “İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən ipoteka krediti, o cümlədən güzəştli ipoteka krediti üzrə borcalanın (borcalanların) aylıq məcmu gəlirinin hesablanması Qaydası”nda dəyişiklik edib.
Yeniavaz.com
xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərarda deyilir:
“Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 16 noyabr tarixli 464 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 11, maddə 1952; 2018, № 5, maddə 1124; 2021, № 2, maddə 206, № 11, maddə 1273) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən ipoteka krediti, o cümlədən güzəştli ipoteka krediti üzrə borcalanın (borcalanların) aylıq məcmu gəlirinin hesablanması Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:
1. 3.3-cü bəndin birinci cümləsində “altsisteminə” sözü “və “Əmək müqaviləsi bildirişi” altsistemlərinə” sözləri ilə əvəz edilsin və həmin bəndə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin: “Bu məlumatların nəzərdə tutulmuş qaydada əldə edilməsi mümkün olmadığı hallarda, müvafiq dövr üzrə gəlirlər bu Qaydanın
4.10-cu bəndinə əsasən hesablanır.”.
2. 4.13.1-ci və 4.13.2-ci yarımbəndlər aşağıdakı redaksiyada verilsin:
2 “4.13.1. borcalanın (borcalanların) tarif (vəzifə) maaşının azalması halları istisna olmaqla, borcalanın (borcalanların) müraciətindən əvvəlki ardıcıl gələn 12 (on iki) ay müddətində olan ümumi gəlirlərinin 12-yə bölünməsi yolu ilə;
4.13.2. borcalanın (borcalanların) tarif (vəzifə) maaşının azalması halları istisna olmaqla, borcalanın (borcalanların) muzdlu işlə əlaqədar və cari transfertlər üzrə gəlirlərinin formalaşma müddəti borcalanın (borcalanların) müraciətindən əvvəlki ardıcıl gələn 12 (on iki) aydan az olduğu hallarda (6 (altı) aydan az olmamaqla), ümumi gəlirlərinin faktiki ayların sayına bölünməsi yolu ilə;”.
 3. Aşağıdakı məzmunda 4.13.3-cü yarımbənd əlavə edilsin:
 “4.13.3. borcalanın (borcalanların) müraciətindən əvvəlki ardıcıl gələn 12 (on iki) ay müddətində tarif (vəzifə) maaşı azaldıqda, ortaaylıq gəlir müvafiq dəyişiklikdən sonrakı formalaşmış gəlirlərin faktiki ayların sayına bölünməsi yolu ilə.”.

DİGƏR XƏBƏRLƏR

Top