Avropada gərginlik müharibə həddinə çatıb



Kosovo ilə Serbiya arasında gərginlik yaranıb. Serbiyanın baş naziri Ana Brnabiç deyib ki, onun ölkəsinin Kosovoya təhlükəsizlik qüvvələrini göndərmək niyyəti və hüquqları var, çünki Kosovo polisi ölkənin şimalında varlığını artırır. Bu açıqlama Kosovodan sərt reaksiya alıb.

Yeniavaz.com BBC-yə istinadən xəbr verir ki, Serbiya təhlükəsizlik qüvvələrini Kosovoya göndərməyi planlaşdırır.
Serbiyanın baş naziri Ana Brnabiç paytaxt Belqradda qatıldığı tədbirdə dünən axşam Kosovonun şimalında serblərin yaşadığı bölgədəki son hadisələri dəyərləndirib.
Kosovonun Brüssel razılaşmasını pozduğunu müdafiə edən Brnabiç belə deyib:
“Baş nazir Albin Kurtinin qərarları səbəbindən silahlı qarşıdurma həddinə gətirildik. Kurti hər gün vəziyyəti daha da gərginləşdirir. Serbiyanın Birləşmiş Millətlər Şurasının 1244 saylı qərarına uyğun olaraq Kosovoya təhlükəsizlik qüvvələri göndərmək hüququ var. Oradakı serblər təhlükəsiz deyillər”.
Serbiya Prezidenti Aleksandar Vucic sosial media hesabından verdiyi açıqlamada müdafiə naziri Miloş Vuçeviç və Baş Qərargah rəisi Milan Mojsiloviçlə görüşərkən çəkilmiş şəklini paylaşaraq “Təslim olmayacağıq” deyib.
Xarici işlər naziri İvitsa Daçiç Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Kosovodakı missiyasının rəhbəri Maykl Davenport ilə görüşündə Daçiç və Davenportun sülhün qorunması və gərginliyin azaldılması məsələsində razılığa gəldiyi bildirilib.
Kosovo Prezidenti Vjosa Osmani Serb təhlükəsizlik qüvvələrinin Kosovo ərazisinə heç vaxt girməsinə icazə verməyəcəklərini bildirib və “Serbiyanın hegemon arzusu heç vaxt reallaşmayacaq” deyib.
Prezident Osmani sosial media hesabından etdiyi paylaşımda Serbiyanın baş naziri Ana Brnabiçin Kosovoda serblərin çoxluq təşkil etdiyi bölgədə təhlükəsizlik qüvvələrinə açılan atəş nəticəsində bir polis məmurunun yaralanmasından sonra bu bölgəyə təhlükəsizlik qüvvələrinin göndərilməsi ilə bağlı açıqlamasına reaksiya verib:
“Serbiyanın açıq şəkildə polis və hərbi təcavüz təhlükəsi bu ölkədə hegemon zehniyyətin davam etdiyini sübut edir. 1999-cu ildə məhz bu zehniyyətə güclü zərbə vuran bütün demokratik dünya bunu açıq şəkildə rədd etməli və buna qarşı çıxmalıdır”.
Osmani bəyan edib ki, Kosovo polisinin yaralanması cinayətdir və Kosovonun konstitusiya quruluşuna, suverenliyinə və qanunun aliliyinə qarşı bir hərəkətdir.
O qeyd edib ki, jurnalistlərə qarşı hücumların azad məlumat əldə etmək hüququnun pozulmasıdır:
“Bu cinayətləri törədənlər dərhal ədalət qarşısında cavab verməlidir. Məhkəmə qurumları dərhal hərəkətə keçməlidir. Serb polisi və əsgərləri bundan sonra Kosovo Respublikası ərazisində olmayacaq. Serbiyanın hegemon arzusu heç vaxt həyata keçməyəcək”.

DİGƏR XƏBƏRLƏR

Top