“Qobu Park”dakı yanğında 50 nəfər təxliyə edildi – Video + Yenilənib


Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə, Qaradağ rayonunun Müşfiqabad qəsəbəsi “Qobu Park-2” yaşayış kompleksi, bina 2 ünvanında yanğın baş verməsi barədə məlumat daxil olub. FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri çağırış üzrə cəlb olunub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən onmərtəbəli yaşayış binasının birinci mərtəbəsindən doqquzuncu mərtəbəsinə qədər yerləşən elektrik şitində yanğın baş verdiyi və tüstülənmənin digər mərtəbələrə yayıldığı müəyyənləşdirilib. Tüstülənmə və kəskin iydən vətəndaşların həyatı üçün təhlükə yaranıb.
Operativ və çevik müdaxilə sayəsində yanğın qısa müddətdə söndürülüb. FHN-in qüvvələri tərəfindən ümumilikdə 50 nəfər təxliyə olunub. Mənzillər yanğından mühafizə olunub.




“Qobu Park-2”də yaşayış kompleksində binada yanğın başlayıb.
Yeniavaz.com
Oxu.az-a istinadən xəbər verir ki, yanğın yaşayış kompleksinin 12-ci binasının ikinci blokunda qeydə alınıb.
Alov binanın 3-cü mərtəbəsində başlayıb.
Hazırda əraziyə yanğınsöndürən və təcili tibbi yardım maşınları cəlb olunublar. Alovun söndürülməsi istiqamətində iş aparılır.
Yanğın zamanı bir nəfər sakinin zəhərləndiyi bildirilir.
İlkin ehtimala görə, yanğın elektrik naqillərindəki qısaqapanmadan yaranıb.

DİGƏR XƏBƏRLƏR

Top