"Türk Ulduzları"na məxsus F5 qəzaya uğradı


"Türk Ulduzları" komandasına aid F5 tipli təyyarə qəzaya uğrayıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ölkənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
“F5 tipli təyyarələrimizdən biri Konyada quş sürüsü ilə toqquşma nəticəsində qəzaya uğrayıb və mühərriklər dayanıb. Pilotumuz katapult edərək sağ qalıb. O lazımi nəzarət və müalicə üçün xəstəxanaya göndərilib. Pilotumuzun səhhəti yaxşıdır”, - məlumatda deyilir.

DİGƏR XƏBƏRLƏR

Top