Toğanalı-Kəlbəcər yolunda hərəkət dayandı


Toğanalı-Kəlbəcər yolunun Göygöl rayonu ərazisindən keçən hissəsində nəqliyyat vasitələrinin hərəkəti dayanıb.

Yeniavaz.com APA-ya istinadla xəbər verir ki, yolun bağlanmasına səbəb ötən gündən yağan qarın buz bağlaması nəticəsində MAN markalı yük avtomobilinin sürüşməsi olub. Yük maşının yolun mərkəzi hissəsində hərəkətsiz qalması hərəkəti dayandırıb.Hazırda müvafiq qurumların əməkdaşları əraziyə cəlb olunub. Hərəkətin bərpa olunması istiqamətində işlər aparılır. Qeyd edək ki sözügedən yol artıq buz bağlayıb.

DİGƏR XƏBƏRLƏR

Top