Xorvatiyalı qapıçı dünya çempionatında tarixə düşdü


Xorvatiyalı qapıçı Dominik Livakoviç 1/8 finalda dünya çempionatının tarixinə düşüb. 
Yeniavaz.com
xəbər verir ki, bu barədə Opta məlumat yayıb.
Livakoviç dünya çempionatında penaltilər seriyasında üç zərbəni dəf edən üçüncü qapıçı olub. Ondan əvvəl, bütün turnir boyu bu rekordu yalnız portuqaliyalı Rikardo 2006-cı ildə İngiltərə yığması ilə oyunda, eləcə də 2018-ci ildə Danimarka ilə görüşdə xorvat Daniel Subaşiç bacarmışdı.
Qeyd edək ki, Xorvatiya Yaponiyanı məğlub edərək Qətərdə keçirilən dünya çempionatının 1/4 finalına yüksəlib.

DİGƏR XƏBƏRLƏR

Top